Siyəzəndə yeniyetmə boğularaq ölüb.
Lent.az xəbər verir ki, hadisə bu gün Siyəzən şəhəri ərazisində qeydə alınıb. 13 yaşlı Rəfiyev Məhəmməd Musa oğlunun nəfəs borusuna yad cisim düşüb. Nəticədə o, boğularaq dünyasını dəyişib.
İlkin ehtimala görə, yeniyetmənin ölümünə səbəb olan yad cisim elə qida məhsuludur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, M. Rəfiyev Vətən müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşıdır.