Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Fərid Mehbalıyev dünən axşam saatlarında İkinci Şəhidlər Xiyabanında dəfn olunub.
Lent.az xəbər verir ki, əslən Naxçıvanın Kəngərli rayonundan olan Dövlət Sərhəd Xidmətinin (DSX) 28 yaşlı kapitanı Fərid Mehbalıyev erməni təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Onun haqqında daha öncə çəkilən video sosial şəbəkələrdə "viral" olub:
"Bir gənc, bir hüquq mühafizə orqanının əməkdaşı kimi söz veririk ki, öz xidmətimizdə dövlətimizə sadiq olacağıq".
Şəhidimiz öz sözünü qanı, canı bahasına tutdu. Ruhu şad olsun!
Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbr versin!