Özünü “İnform Xəbər TV”nin əməkdaşı kimi təqdim edərək şəhidlərlə bağlı hazırladıqları materiallara görə, ailələrdən ödəniş tələb edən Rübabə Vəliyeva ilə bağlı yeni faktlar ortaya çıxıb.
Lent.az məlumat verir ki, özünü həm də “Cəmiyyət və ictimai nəzarət” ictimai birliyinin rəhbəri kimi tanıdan Rübabə Vəliyeva əvvəllər sahibkar imiş. O, Bakıda yerləşən “Lotos” Ticarət Mərkəzində gəlinlik paltarlarının satışı və kirayəsi ilə məşğul olub. Hətta yerli mediada sahibkarlıq fəaliyyəti ilə bağlı problemlər yaşayan R.Vəliyevanın şikayəti ilə bağlı materiallar da yayımlanıb.
Qeyd edək ki, "reket jurnalist"lərin şəhid ailələrindən müəyyən məbləğdə pul alaraq, qarşılığında material hazırlanması barədə ilk olaraq araşdırma Lent.az-da yayımlanıb.