Şəhər mərkəzində  QƏTL:   İş adamı gənc oğlanı sinəsindən vurdu
24 aprel 2022 15:26 (UTC +04:00)

Şəhər mərkəzində QƏTL: İş adamı gənc oğlanı sinəsindən vurdu

Moskvanın mərkəzində 23 yaşlı hokkeyçi Roman Didura öldürülüb.

Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, idmançı aprelin 24-nə keçən gecə Nikoloyamskaya küçəsində hücuma məruz qalıb. Didur sinəsindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib.

Roman Didura

Polis hadisəni törədənin şəxsiyyətini müəyyən edərək onu yaxalaya bilib. Şübhəli 37 yaşlı iş adamı Armen Kuyumci dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.

Didur peşəkar səviyyədə çıxış etməyib. O, gənclər arasında Moskvanın açıq çempionatı çərçivəsində “Sozvesdie”nin heyətində çıxışı ilə seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3795
avatar

Oxşar yazılar