Şəfəq Ağacan
18 mart 2021 20:17 (UTC +04:00)

Şəfəq Ağacan

Şəfəq Ağacan azadlığa buraxıldı

"Bakupress” İnformasiya Agentliyinin rəhbəri Şəfəq Ağacan (Ağabalayeva) azadlığa buraxılıb.

APA xəbər verir ki, Şəfəq Ağacan cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılması üçün Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib və o, azadlığa buraxılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuana satarkən yaxalanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Ş.Ağacanın üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

Ona qarşı Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham irəli sürülmüşdü. Nərimanov rayon Məhkəməsinin hökmü ilə Ş.Ağacan 3 il azadlıqdan məhrum edilmişdi.

# 3177
avatar

Oxşar yazılar

Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

20 aprel 2024 , 11:35
Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

20 aprel 2024 , 11:04
Biləsuvarda DƏHŞƏT:  76 yaşlı qadın yaylığı ilə  özünü asdı

Biləsuvarda DƏHŞƏT: 76 yaşlı qadın yaylığı ilə özünü asdı

20 aprel 2024 , 10:14
Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01