“Sədərək” ticarət mərkəzində yanğın söndürüldü-FOTO -YENİLƏNİB
08 yanvar 2023 22:54 (UTC +04:00)

“Sədərək” ticarət mərkəzində yanğın söndürüldü-FOTO-YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb. 

FHN-dən Lent.az-a bildirilib ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib. 

Hadisə ilə əlaqədar araşdırma aparılır.
 

***

21.42

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb. 

FHN-dən APA-ya bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.
 

*** 

20.33

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Lent.az-ın xəbərinə görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir. 

Əlavə məlumat veriləcək.
 

***

20.02

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın davam edir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 20-ə yaxın texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

saat 19.52

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğının söndürülməsi əməliyyatına başlanılıb.

APA-nın xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 10-dan artıq texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.

***

saat 19.36

Xəbərə video və şəkillər əlavə edilib.

***

saat 18.52

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Sədərək Ticarət Mərkəzində yanğın

Sədərək Ticart Mərkəzində yanğının söndürülməsi

Sədərək Ticart Mərkəzində yanğının söndürülməsi əməliyyatı

SƏDƏRƏK TİCARƏT MƏRKƏZİNDƏ YANĞIN - HADİSƏ YERİNDƏN

# 8934
avatar

Oxşar yazılar