Saytlara elan yerləşdirənlərə MÜRACİƏT
11 may 2023 15:29 (UTC +04:00)

Saytlara elan yerləşdirənlərə MÜRACİƏT

Daxili İşlər Nazirliyi alqı-satqı saytlarına elan qoyanlara müraciət edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən alqı-satqı saytlarında elan yerləşdirən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə və ya tətbiqlər vasitəsilə yazmaqla məhsulu alacağı vədini verərək guya pul köçürmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməsinlər, kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, o cümlədən ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar