Saxta peyvənd sertifikatına görə  AİLƏSİNİ ÖLDÜRDÜ:   Özü intihar etdi
07 dekabr 2021 21:35 (UTC +04:00)

Saxta peyvənd sertifikatına görə AİLƏSİNİ ÖLDÜRDÜ: Özü intihar etdi

Almaniyanın Keniqs-Vusterhauzen şəhərində 40 yaşlı kişi arvadını, 4, 8 və 10 yaşlarında olan üç qızını öldürüb, sonra intihar edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, həyat yoldaşının işəgötürəninin saxta peyvənd sertifikatından xəbər tutmasından sonra ailə başçısı həbs olunmaqdan qorxub. Ədliyyə orqanlarının məlumatına görə, cütlük övladlarının əllərindən alına biləcəyindən də qorxublar.

Bildirilir ki, evdə qətldə istifadə oluna biləcək odlu silah tapılıb. Bununla belə, yetkinlik yaşına çatmış ailə üzvlərinin heç birinin müvafiq silah vəsiqəsinin olmadığı aydınlaşdırılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2236

Oxşar yazılar