Saxta peyvənd sənədi alanları hansı cəza gözləyir?
07 may 2021 16:31 (UTC +04:00)

Saxta peyvənd sənədi alanları hansı cəza gözləyir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu saxta peyvənd sənədi alanlarla bağlıdır.

Son zamanlar bəzi vəzifəli şəxslərin, xüsusən həkimlərin saxta peyvənd sənədi verilməsində adları hallanır. Bu barədə Baş Prokurorluq da dəfələrlə məlumat yayıb. İş burasındadır ki, həmin faktlarla bağlı yayılan məlumatlarda daha çox saxta sənəd verənlərin cəzalandırıldığı bildirilir. Görəsən, peyvənd olunmadığı halda saxta sənəd alan vətəndaşları hansı cəza gözləyir?

Rubrikamızın sualına “Müvəkkil” hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov aydınlıq gətirib. O bildirib ki, həmin əməli törədənlərə Cinayət Məcəlləsində 2 maddə ilə cinayət işi açılır:

“Saxta peyvənd sənədi alanlar barəsində Cinayət Məcəlləsinin 320 və 308-ci maddələri tətbiq olunur. 308-ci maddədə deyilir: "Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda".

Bu maddəyə əsasən, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 320-ci maddəsində isə hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycanın saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma qeyd olunur. Bu maddəyə görə, min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7482
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46