Bakının Xəzər rayonunda talama cinayəti qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qala qəsəbəsi ərazisindən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.