Avqustun 20-də paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon Prokuroruluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla 32 yaşlı Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
11:40
Bakıda qətl hadisəsi olub.
Lent.az xəbər verir ki, avqustun 19-da Xətai rayonu ərazisində 60 yaşlı Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 32 yaşlı Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.