Bakıda DƏHŞƏT:  qadın sevdiyi oğlanı öldürdü  - YENİLƏNİB
19 avqust 2025 16:51 (UTC +04:00)

Bakıda DƏHŞƏT: qadın sevdiyi oğlanı öldürdü - YENİLƏNİB

Avqustun 19-də saat 3 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində 46 yaşlı Elşad Şixiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 38 yaşlı Aysel Rufullayevanın aralarında yaranmış mübahisə zamanı bıçaqla ehtiyatsız davranması nəticəsində Elşad Şixiyevin aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib və şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***
14:09

Avqustun 19-da saat 2 radələrində paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində 46 yaşlı Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Lent.az-ın məlumatına görə, araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082

Oxşar yazılar