80 yaşından sonra eşq axtarır… “Elvis Presleyin  dul arvadı”
20 avqust 2025 10:37 (UTC +04:00)

80 yaşından sonra eşq axtarır… “Elvis Presleyin dul arvadı”

Əslində o, bir çox filmdə rol almış məşhur bir aktrisadır. Amma hamı onu hələ də dünyanın ən böyük əfsanələrindən birinin dul arvadı kimi xatırlayır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Priscilla Presleydən gedir. O, həyat yoldaşı ilə tanış olduğu vaxt cəmi 14 yaşında idi. Elvis Presley isə 24 yaşında bir gənc idi. Aralarındakı yaş fərqi böyük mübahisələrə səbəb oldu və gizlicə görüşməyə davam etdikdən sonra Priscilla 17 yaşına çatanda evləndilər.

Dünyanın ən böyük musiqi əfsanələrindən birinin həyat yoldaşı olan Priscilla Presley ona gələcəkdə yeganə varisi olacaq bir qız övladı da dünyaya gətirdi.

Elvis Presleynin böyük şöhrəti, həyat tərzi və xəyanətləri səbəbindən cütlük 1973-cü ildə boşandı, amma Elvis ölənə qədər dost olaraq qaldılar.
Elvisin ölümündən sonra Priscilla Presley onun dul yoldaşı və əmanəti kimi qəbul edilməyə davam etdi. Həmçinin onun Hollivudda uzun illər davam edən bir aktrisalıq karyerası da oldu.

Yeganə övladı olan Lisa Marie Presleyni 2023-cü ilin əvvəlində itirən Priscilla Presley, bir tərəfdən Elvisdən qalan mirası nəvəsi ilə birlikdə yaşatmağa davam edir.
Amma deyilənlərə görə, Priscilla Presley artıq təkliyə dözə bilmir. 80 yaşlı ulduz həyatına yeni bir eşq qatmaq istəyir…

Priscilla Presley iyulun əvvəlində keçmiş sevgilisi Nigel Lythgoe ilə Kaliforniya, Malibuda bir axşam yeməyində görüntülənmişdi. Restorandan çıxarkən çəkilən fotolarda olduqca xoşbəxt görünürdü. 2006–2009-cu illərdə sevgili olan keçmiş cütlük, restorandan birgə çıxarkən görüntüləndi və avtodayanacaqda səmimi şəkildə qucaqlaşdılar. Amma bu görüş illər sonra iki köhnə dostun həsrətini söndürməsindən ibarət idi…

Şayiələrə görə Priscilla Presley qəlbini yenidən gənc qız kimi döyündürəcək bir eşqin axtarışındadır. O, ətrafındakılara “eşq axtarışına” geri döndüyünü bildirib və dostlarından özünə kömək etməyi etmələrini istəyirmiş.
Hətta deyilənlərə görə, Priscilla Presley özünə inam qazanmaq üçün bəzi keçmiş sevgililəri ilə də görüşməyə başlayıb.

Onu tanıyanlar “Priscillanın güvənə biləcəyi geniş dost çevrəsi var və o, onlardan yeni insanlarla tanış etmələrini istəyib” deyirlər. İddialara görə, Priscilla Presley tanıdığı məkanlarda axşam yeməklərinə çıxır və orada çox vaxt varlı, subay və ya dul kişilərlə tanış olurmuş…

Elvis ilə evliliyi 1973-cü ildə sona çatdıqdan sonra Priscilla Presley sanki bir daha nikah masasına oturmaq istəyindən vaz keçmişdi. 2023-cü ildə qatıldığı bir tədbirdə “Heç vaxt yenidən evlənmək arzum olmayıb. Heç kim onunla müqayisə oluna bilməzdi” deyən Priscilla Presley yenə də eşqdən qaçmadı.

Elvis-dən boşandıqdan sonra o, karate məşqçisi Mike Stone, məşhur vəkil Robert Kardashian (Kardashian bacılarının atası) və model Michael Edwards da daxil olmaqla bir çox tanınmış şəxslə eşq yaşadı.
Amma onun ən ciddi münasibəti prodüser Marco Garibaldi ilə oldu. Cütlük 1984-cü ildə dostları vasitəsilə tanış olmuş və 20 ildən çox birlikdə yaşamışdı.
Bu müddətdə onların oğlu Navarone Garcia dünyaya gəldi. Yolları isə 2006-cı ildə ayrıldı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar