Azərbaycanlı qadının çürümüş meyiti  tapıldı
20 avqust 2025 12:50 (UTC +04:00)

Azərbaycanlı qadının çürümüş meyiti tapıldı

Türkiyədə evdən azərbaycanlı qadının meyiti tapılıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, hadisə İstanbul şəhəri Esenyurt qəsəbəsində, Namiq Kamal küçəsində baş verib.

Evdən pis qoxu gəldiyini hiss edən qonşular hüquq-mühafizə orqanlarına müraciət ediblər. Evə gələn polislər 58 yaşlı Azərbaycan əsilli Olqa Aydının öldüyünü müəyyən ediblər. Məlum olub ki, burada xəstə baxıcısı olan Olqa Aydın bir neçə gün əvvəl ölüb və artıq meyit çürüyüb.

Qadının həmçinin spirtli içki aludəçisi olduğu da qeyd olunub.

Meyit evdən götürülərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar