Dağıstanda qardaş qıza görə qardaşını bıçaqlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Qızılürt rayonundan olan 27 yaşlı Murad bir qızı bəyənib. Bunu böyük qardaşı 38 yaşlı İslam görüb və Murada deyib ki, kənd qızı ilə evlənmək lazımdır.
Qardaşların bu mövzuda ilk dəfə mübahisə etmədiyi bildirilir. Bu dəfə İslam dözməyib və Muradı vurub. Cavab olaraq isə Murad bıçaqla böyük qardaşının qarnına iki zərbə endirib.
Böyük qardaş bir neçə gün reanimasiyada qalıb və sonradan sağalıb. Kiçik qardaş isə şərti cəza alıb.