Dəmiryolunda qəza olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Yevlax-Bərdə dəmir yolu xəttinin 22-ci kilometrliyi piket 8-də qeydə alınıb.
Bir neçə gün əvvəl 1971-ci il təvəllüdlü Quliyev Fərman Süleyman oğlu idarə etdiyi “Mecane” markalı avtomobillə dəmir yolu xəttinin üzərində kran-drezinlə toqquşub. Nəticədə F.Quliyev Bərdə şəhər diaqnostika mərkəzinə yerləşdirilib. O, bir neçə gün sonra aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı Yevlax stansiyası xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.