Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olub.
Görüş saat 23:00-da start götürüb.
Ağdam təmsilçisi görüşün ilk hissəsini 0:1 hesabı ilə məğlub başa vurub. Lakin "köhlən atlar" fasilədən sonra toparlanaraq ardıcıl 3 qol vurub və matçı 3:1 hesabı ilə qalib tamamlayıb.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.