Saxta içki içən   40-a yaxın adam öldü
15 dekabr 2022 18:35 (UTC +04:00)

Saxta içki içən 40-a yaxın adam öldü

Hindistanın Bihar ştatında saxta spirtli içki qəbul edən azı 39 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Bihar parlamentində etirazlara səbəb olub, müxalifət partiyası liderləri əyalət hökumətinin əyalətdə alkoqolun tamamilə qadağan edilməsi siyasətinə qarşı çıxış ediblər. Öz növbəsində, dövlət başçısı Nitiş Kumar insanları ayıq-sayıq olmağa və saxta spirtli içkilər almamağa çağırıb, həmçinin spirtli içki istehsalı ilə məşğul olan şəxslərin tapılmasının vacibliyini bildirib.

Qısa müddətdən sonra rayon rəhbərliyi zərərçəkmiş kəndləri gəzəcək və qanunsuz içki satanları tapmaq üçün qurbanların ailələri ilə görüşəcək məmurlardan ibarət qruplar yaradıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar