Moskva şəhəri ətrafı qəsəbədə sərxoş vəziyyətdə “qonaq” gələn və işləməyə mane olan keçmiş işçidən yaxa qurtarmaq üçün satıcı özünü yandırıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, çağırılmamış qonağı qovmaq cəhdi faciəvi şəkildə başa çatıb
"Ximkidə tikinti materialları mağazasının satıcısı tərəfindən həyata keçirilən ölümcül yanğın şousu baş verib. O, üstünə yandırıcı maye tökərək özünə od vurub. Bütün bunlar keçmiş həmkarını binadan qovmaq üçün edilib.
28 yaşlı Aleksey iş gününü bitirərkən mağazada sərxoş keçmiş işçi Arseniy peyda olub. O, başqalarının işinə qarışmağa başlayıb. Aleksey ultimatum verib: ya get, ya da özümü yandıracağam”, - məlumatda vurğulanır.
Keçmiş həmkarı bu tələbə əhəmiyyət verməyib, hətta satıcının özünü yandırmasını videoya çəkmək istəyib, lakin Aleksey dayanmamaq qərarına gəlib.
Mağazanın digər əməkdaşı həmkarına yanmaması üçün yardım etməyə çalışıb. Aleksey bədəninin 80 faiz yanığı ilə xəstəxanaya yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb.