Lənkəranda külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Viyən kənd sakini Mərhəmət Kazımov 20 qram narkotik vasitə qurudulmuş marixuananı satarkən saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı onun yaşadığı evin həyətindən 1 ədəd çətənə kolu, həmin həyətdəki yarımçıq tikilidəki sandığın içərəsindən isə sellofan torbalarda və 133 ədəd kibrit qutusunda ümumilikdə 5 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. M.Kazımovun həmin narkotik vasitəni həyətyanı sahəsində əkərək kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından əldə etdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.