Samuxda piyada  QƏZADA ÖLDÜ   -  FOTO
12 mart 2022 22:00 (UTC +04:00)

Samuxda piyada QƏZADA ÖLDÜ - FOTO

Samuxda piyadanın ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011"markalı minik maşını yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Mübariz Məmmədovu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2329

Oxşar yazılar