Samuxda maşın aşdı, xəsarət alan var - FOTO
13 aprel 2021 21:20 (UTC +04:00)

Samuxda maşın aşdı, xəsarət alan var - FOTO

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zazalı kəndində qeydə alınıb.

Hərəkətdə olan "QAZ 3110" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1993-cü il təvəllüdlü Arzu Mədətov müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

# 1179
avatar

Oxşar yazılar