Samur-Abşeron kanalında tank və top mərmiləri AŞKARLANDI - VİDEO
22 yanvar 2022 15:33 (UTC +04:00)

Samur-Abşeron kanalında tank və top mərmiləri AŞKARLANDI - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Lent.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu hadisə yerinə cəlb edilib.

Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 125 mm-lik BK-14 tank mərmisi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi olduğu (tərkibində partlayıcı maddə olmayan) müəyyən edilib. ğ

Mərmilər pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar