Abşeronda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21.4-cü kilometrliyində qeydə alınıb. 54 yaşlı Mirzəliyev Tərlıan Ağabala oğlu idarə etdiyi "VAZ-2109" markalı avtomobillə həmyaşıdı Qasımova Şəmsiyyə Məhsim qızını vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.