Salyanda üç maşın toqquşdu,  ölən var
24 iyul 2023 08:37 (UTC +04:00)

Salyanda üç maşın toqquşdu, ölən var

Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil iki maşınla toqquşub.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb.

1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199
avatar

Oxşar yazılar