Salyanda baş verən qəzada ölən və xəsarət alanlar var
Lent.az xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində baş verib.
Belə ki, “Mercedes Atego” markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Nəticədə 1978-ci il təvəllüdlü Zalıyev Daşqın Aydın oğlu hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Həsənəliyev Şükran Həşim oğlu və Salyan rayon sakini, 1977-ci il təvəllüdlü Babayev Alik Əlifağa oğlu müxtəlif dərəcəli xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır. (APA)