Salyanda partlayışda xəsarət alan qadın 4 gün sonra XƏSTƏXANADA ÖLDÜ
18 avqust 2021 21:25 (UTC +04:00)

Salyanda partlayışda xəsarət alan qadın 4 gün sonra XƏSTƏXANADA ÖLDÜ

0

Salyanda partlayış olub. 

APA-nin Mil-Mugan bürosunun məlumatəna görə, avqustun 14-də qaz balonunun partlaması nəticəsində şəhər sakini, 1991-ci il təvəllüdlü Salmanova Lamiyə Əli qızı və oğlu, 2014-cü il təvəllüdlü Salmanov Qəmbər Ruslan oğlu yanıq xəsarətləri alıblar. 

Onların hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ananın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb və daha sonra Bakıya, 5 saylı xəstəxanaya göndərilib. 

Həkimlərin səyinə baxmayaraq qadın aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Qeyd edək ki, Salyanda fərdi yaşayış evində partlayış avqustun 14-də baş vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2828

Oxşar yazılar