Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.
Yolu keçən Qarabağlı kənd sakini, 31 yaşlı Qurbanov Cavad Mehdi oğlunu avtomobil vurub.
Piyada yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına aparılamda yolda keçinib.