Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
12 sentyabr 2025 10:52 (UTC +04:00)

Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi

0

Rusiyanın Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun sabiq liderinin oğlu Mutvalı Şıxlinskinin vəkili həbsin uzadılması ilə bağlı qərardan şikayət verib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, müdafiəçi 11 sentyabrda apellyasiya şikayəti verib. İşin vilayət məhkəməsində baxılma tarixi hələ təyin olunmayıb.

Qeyd edək ki, Mutvalı Şıxlinski iyulun 15-i axşam saxlanılıb. İstintaq Komitəsinin versiyasına görə, o, iyulun 1-də Baku Plaza ticarət mərkəzinin yaxınlığında atası Şahin Şıxlinskinin saxlanılması zamanı avtomobili geriyə sürdükdə xüsusi təyinatlı əməkdaşı vurub. Nəticədə həmin əməkdaş başından xəsarət alıb. Mutvalıya qarşı əvvəlcə Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb, lakin sonradan ittiham eyni maddənin ikinci hissəsinə tövsif olunub – indi onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Həbs-qətimkan tədbiri seçilərkən Mutvalı baş verənlərdən peşman olduğunu və xüsusi təyinatlıya zərər vermək istəmədiyini deyib. O, özünü təqsirli bilmir.

Hazırda Şahin Şıxlinski də istintaq təcridxanasında saxlanılır. O, avqustun 4-də saxlanılıb. İlkin məlumatlara görə, ona qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülə bilər. O, özünü təqsirli bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar