Şahid axtarış zamanı  güllələndi
28 mart 2023 17:30 (UTC +04:00)

Şahid axtarış zamanı güllələndi

Dağıstanda polis axtarış zamanı şahidi güllələyən şəxsi məhv edib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, faciə Cıqiyə kəndində baş verib. Narkotik işi çərçivəsində polis 28 yaşlı işsiz kişinin evinə axtarışa gəlib, özü ilə şahidi - qonşu Dureqi kəndinin 29 yaşlı sakinini də götürüb.

Mühafizəçilər müttəhimin evinə girən kimi o, ov tüfəngindən atəş açmağa başlayıb və şahidin başına zərbə endirib. O, yerindəcə dünyasını dəyişib. Polis atəşə cavab verməli olub.

# 1341
avatar

Oxşar yazılar