Zaqatalada azyaşlını küçə iti dişləyib.
Lent.az-ın APA-nın şimal-qərb bürosuna istinadən məlumatına görə, hadisə rayonun Dağlı kəndində baş verib.
Kənd sakini 2015-ci il təvəllüdlü Səid Məmmədov sahibsiz itin hücumuna məruz qalıb.
S.Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan evə buraxılıb.