Sankt-Peterburq yaxınlığında müəllim uşaqlarla, o cümlədən öz oğlu ilə pornoqrafik videolar çəkib.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, əməliyyatçılar noyabrın 9-da 36 yaşlı tarix və coğrafiya müəlliminin yanına gəliblər. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları qadının evdə qanunla qadağan olunmuş videolar toplusunun olduğunu öyrəniblər. Məlumatlara görə, o, özü videoların rejissoru olub.
Müəllimin ləvazimatları arasında polis onun öz oğlu ilə də birlikdə olduğu materiallar tapıb. O, oğlunu 2018-ci ildə, dörd yaşı olanda çəkməyə başlayıb. Pornoqrafiyada məktəb yaşlı uşaqlar da iştirak edib, qadın onları dərsdən sonra video çəkməyə aparırmış.
Ona qarşı cinsi zorakılıq maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs artıq saxlanılıb.