Sadiq Gözəlov
15 fevral 2021 10:29 (UTC +04:00)

Sadiq Gözəlov

Sadiq Gözəlov təqaüdə göndərildi

0

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, ehtiyatda olan polis polkovniki Sadiq Gözəlov tutduğu vəzifədən azad edilib.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən S.Gözəlov təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki,  S.Gözəlov uzun müddət Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, 2017-ci ildə daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin vaxtdan polis polkovniki Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru mülki vəzifəsinə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1961

Oxşar yazılar