Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib.
Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.