Sabirabadda bir ay əvvəl yanan 13 yaşlı qız  öldü
13 may 2025 18:53 (UTC +04:00)

Sabirabadda bir ay əvvəl yanan 13 yaşlı qız öldü

Sabirabadda bir ay əvvəl yanan evdə xəsarət alan 13 yaşlı qız ölüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, aprelin 10-da Sabirabadın Bala Həşimxanlı kəndində Məmmədovlar ailəsinə məxsus evin yanması nəticəsində xəsarət alan Məmmədli Yasəmən Xalid qızı Bakıda xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Ağır yanıq xəsarətləri alan ailə üzvlərindən biri - Məmmədli Yasəmən Xalid qızı isə Bakıda xəstəxanaya yerləşdirlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252

Oxşar yazılar