Sabiq polisin oğlu maşınla 51 yaşlı kişini vuraraq  öldürdü
23 noyabr 2022 01:44 (UTC +04:00)

Sabiq polisin oğlu maşınla 51 yaşlı kişini vuraraq öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan 20-AD-200 dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1971-ci il təvəllüdlü kişini vurub.

Piyada xəstəxanaya aparılsa da ölüb.

Qeyd edək ki piyadanı vuran avtomobilin sürücüsü sabiq polis rəisi, mayor Muxtar Abdullayevin oğlu Əli Abdullayev olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3945
avatar

Oxşar yazılar