"Sabah" futbol klubu məhkəməyə verildi - SƏBƏB
04 fevral 2022 11:35 (UTC +04:00)

"Sabah" futbol klubu məhkəməyə verildi - SƏBƏB

"Sabah" futbol klubuna məxsus avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Lent.az-ın məlumatına görə, klub barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ni (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Qeyd  edək ki, həmin maddə ilə hüquqi şəxs üç yüz manat məbləğində cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2547
avatar

Mehman Nəbiyev

Oxşar yazılar