Saatlıda 18 yaşlı oğlan xalasının ərini öldürüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında Saatlı şəhərində baş verib. Saatlı şəhər sakini, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu münaqişə zəminində xalasının əri, şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğlunu bıçaqla qətlə yetirib.
Qətli törədən şəxs saxıanılıb.
Faktla bağlı Saatlı prokuroluğunda cinayət işi açılıb.
***
08:50
İyunun 4-ü saat 01 radələrində 1978-ci il təvəllüdlü Elşad İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, araşdırma zamanı 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin aralarında yaranmış mübahisə zamanı Elşad İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.