Bərdədə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Alpoud kəndində, Yevlax-Bəhramtəpə yolunda qeydə alınıb. 27 yaşlı Hüseynli Loğman Niyazi oğlu idarə etdiyi "QAZel" markalı avtomobillə piyada 31 yaşlı Tağıyev Nicat Paşa oğlunu vurub.
Yaralı ağır xəsarətlə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, L. Hüseynli hadisə baş verərkən avtomobili saatda 20 km sürətlə idarə edib. N. Tağıyev qəflətən sürücünün qarşısına çıxıb və pəncərədən tutaraq avtomobilin arxa hissəsinə yıxılıb.
Faktla bağlı araşdırma aparılır.