Rüşvətxor  yol polisi müfəttişi saxlanıldı
25 fevral 2025 14:50 (UTC +04:00)

Rüşvətxor yol polisi müfəttişi saxlanıldı

Başqırdıstanda keçmiş polis vəzifə səlahiyyətlərini aşdığına görə saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, Cinayət Məcəlləsinin 291.2-ci (“Xırda rüşvət alma”) və 286-cı (“Mənfəət naminə vəzifə səlahiyyətlərini aşma”) maddələri ilə ittiham olunub.

İstintaqın məlumatına görə, 2023-cü ilin sentyabr-noyabr ayları ərzində Ufa vilayəti üzrə keçmiş böyük yol polisi inspektoru xidməti vəzifəsindən istifadə edərək ərazidə baş vermiş yol-nəqliyyat hadisələri barədə məlumat alıb və pul müqabilində qəza komissarına ötürüb.

Bundan əlavə, 2023-cü ildən 2024-cü ilə qədər 5 vətəndaşın inzibati qaydada tutulması barədə göstərişlər alsa da, onları pul qarşılığında məsuliyyətdən azad edib. Cinayət faktlarının üstü daxili təhlükəsizlik bölməsinin əməliyyatçıları tərəfindən açılıb.

İstintaq kifayət qədər sübut toplayıb. Cinayət işi ittiham aktı ilə birlikdə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar