Rüşvət alan şəhər prokuroru həbs olundu
07 avqust 2024 16:57 (UTC +04:00)

Rüşvət alan şəhər prokuroru həbs olundu

Rusiyanın Sızran şəhər rüşvət almaqda təqsirləndirilən şəhərin keçmiş prokuroru Vadim Fedorin barəsində hökm oxuyub.

Lent.az yerli mediaya istinadla bildirir ki, Fedorin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 290-cı maddəsinin 6-cı hissəsi (“Xüsusilə külli miqdarda rüşvət verməyə cəhd”) ilə təqsirli bilinib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin 15 milyon rubl (təxminən 297 min manat) cərimələnib.

İstintaqın məlumatına görə, rüşvət üç milyon rubl (təxminən 59 min 400 manat) təşkil edib və bunun üçün Fedorin yerli iş adamına cinayət işinin araşdırılmasında köməklik göstərəcəyini vəd edib. Cinayət ortaqları pulun alınmasını hüquqi xidmətlərin göstərilməsi üçün müqavilə adı altında gizlədiblər. Bu, “Hippokrat” şirkəti ilə keçmiş prokurorun tabeliyində olan və daha sonra vəkil Dmitri Fomin arasında bağlanıb.

Məlumata görə, məhkəmə Fomini 7 il müddətinə azadlıqdan məhrum edib. İstintaq zamanı o, ev dustaqlığına buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Oxşar yazılar