Ukraynanın Xerson şəhərinə Rusiya Ordusunun aviazərbələr endirməsi nəticəsində bir ailənin 3 üzvü həlak olub.
Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, həlak olan şəxslər azərbaycanlılardır.
Hadisə nəticəsində əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı həlak olub.