Rusiyanın ən böyük killeri ömürlük HƏBS EDİLDİ
14 sentyabr 2023 12:39 (UTC +04:00)

Rusiyanın ən böyük killeri ömürlük HƏBS EDİLDİ

0

Rostov məhkəməsi qatillərdən ibarət böyük mütəşəkkil cinayətkar dəstəyə rəhbərlik edən Aslan Qaqiyevi ömürlük həbs cəzasına məhkum edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, “Cako” ləqəbli osetin Aslan Qaqiyevin muzdlu qatillərdən ibarət dəstəsi 2004-2013-cü illərdə Şimali Osetiyada fəaliyyət göstərib.

Ümumilikdə qrupa 1992-ci ildə Gürcüstanla müharibədə iştirak edən qırxdan çox insan (iki polis və bir prokurorluq əməkdaşı daxil olmaqla) daxil idi. Dəstə istənilən çətinlikdə qətllər üçün sifarişlər qəbul edirdi. Qatillər kirayə götürdükləri mənzillərdən, oğurlanmış avtomobillərdən, saxta sənədlərdən və müxtəlif mobil operatorların sim kartlarından istifadə ediblər.

Qeyd edək ki, A. Qaqiyev Rusiyanın ən böyük killeri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3560

Oxşar yazılar