Rusiyada  hərbi komissarlıq   yandırıldı - VİDEO
09 yanvar 2023 14:31 (UTC +04:00)

Rusiyada hərbi komissarlıq yandırıldı - VİDEO

0

Bu gecə İrkutsk vilayətinin Bratsk şəhərində naməlum şəxs hərbi komissarlığı yandırıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə yerindən görüntülər internetdə yayılıb.

“Shot” Telegram kanalının məlumatına görə, yanğın zamanı komissarlıqda iki nəfər - qadın mühafizəçi və bir polis olub. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını bütün binanı bürüməmiş söndürməyə müvəffəq olublar.

İlkin məlumata görə, yanğından əvvəl naməlum şəxs hərbi komissarlığın ərazisinə daxil olub. İndi polis yanğın törədən şəxsi axtarır.
 

Rusiyada hərbi komissarlıq yandırıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2776

Oxşar yazılar