Həştərxanda 25 nəfərin zəhərlənməsinə səbəb olan eyni metadonun hazırlandığı narkotik laboratoriyasını aşkar etmək üçün Stavropol diyarında xüsusi əməliyyat keçirilib.
Lent.az Rusiya teleqram kanallarına istinadla xəbər verir ki, öldürücü dərmanlar Stavropol diyarında istehsal edilib. Kuryerlər malı Stavropoldan Həştərxana aparıb orada gizlənmək istəyiblər.
Məlumata görə, hər birinin 18 yaşı olan saxlanılan şəxslər qanunsuz olaraq Rusiya yaşayıblar. Onlar Qırğızıstan vətəndaşı olan Nurlanbek Mirka, Özbəkistan vətəndaşı olan Oybek Nuriddinov və Tacikistan vətəndaşı Hüseyn Mamadaminovdur.
Hər üçünün əvvəllər məhkumluğu olmayıb.
Onlara narkotik vasitələrin paylanmasına görə pul ödəyənlər üç günlük, noyabrın 17-dən noyabrın 19-dək mənzil kirayələyiblər. Artıq ayın 18-də, saat 14 radələrində metadon zəhərlənməsinin ilk zərərçəkənləri görünməyə başlayıb. Bazar günü səhər saat 7-də kuryerlər satışa davam etmək üçün Həştərxandan Stavropola yola düşüblər. Orada onları saxlayıb Həştərxana qaytarıblar.
İndi gənc miqrantları 15 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, zəhərlənənlərdən 3-ü ölüb. Belə ki, noyabrın 19-da səhər tezdən şəhərin Çkalova küçəsindəki evlərin birinin girişində 22 yaşlı rayon sakini cansız vəziyyətdə aşkarlanıb. Eyni yaşda olan digər şəxsin meyitini anası Kirovski rayonunda yaşadığı yerdə tapıb. 29 yaşlı kişi isə Zelenaya küçəsindəki mənzildə həyat əlaməti olmadan aşkar edilib.