Rusiyada 100-ə yaxın əsgər  hərbi hissədən qaçmağa cəhd etdi, 3-ü tapılmır
19 aprel 2025 14:28 (UTC +04:00)

Rusiyada 100-ə yaxın əsgər hərbi hissədən qaçmağa cəhd etdi, 3-ü tapılmır

Rusiyanın Krasnodar vilayətində yüzə yaxın əsgər hərbi hissədən qaçmağa cəhd edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hərbçilər hasarı sındıraraq hərbi komendantlıq ərazisinə daxil olublar. Əvvəlcə onlar silahlı olmayıblar.

Komendantlıq ərazisi Rusiya Milli Qvardiyasının qüvvələri və polis maşınları tərəfindən mühasirəyə alınıb. Lakin 7 hərbçi qaçmağa müvəffəq olub. Onlardan 4-ü saxlanılıb, 3 nəfər isə gizləndiyi üçün axtarışlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008

Oxşar yazılar