Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, uzun illərdir Rusiyada yaşayan Xəlil Şamxal oğlu Mehdiyev Ukraynada gedən döyüşlərdə həyatını itirib. Onun Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşdüyü bildirilir.
Mərhum Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində doğulub.