Rusiya ilə danışıqlara gedən ukraynalı deputatın güllələnməsi ilə bağlı  YENİ AÇIQLAMA 
07 mart 2022 20:43 (UTC +04:00)

Rusiya ilə danışıqlara gedən ukraynalı deputatın güllələnməsi ilə bağlı YENİ AÇIQLAMA 

0

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak iddia edir ki, kəşfiyyatçı Denis Kireyevin ölümü nümayəndə heyətinin işi ilə bağlı deyil.

Lent.az-ın Ukrayna KİV-nə istinadla məlumatına görə, bu barədə o rusiyalı jurnalist Yuliya Latınina müsahibəsində bildirib.

Podolyakın sözlərinə görə, Kireyev Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü olmayıb.

"O, Rusiyadakı əhval-ruhiyyə ilə bağlı məsələlər üzrə məsləhətçi idi. O, nümayəndə heyətinin üzvü deyildi", - Podolyak vurğulayıb.

Müşavir onu da qeyd edib ki, Kireyev Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən təsdiqlənən xüsusi əməliyyatda iştirak edib və məhz xüsusi tapşırıq zamanı ölüb.

"Bu atışmanın nümayəndə heyətinin işi ilə heç bir əlaqəsi yoxdur. Bu, danışıqlar prosesindən kənarda olub, Kiyevdə olub.

"O, danışıqlar zamanı deyil, danışıqlara gedərkən yolda və danışıqlarda güllələnməyib. O, Kiyevdə əsas işi zamanı öldürülüb. O, Ukrayna Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatları üzərində işləyib, özləri bildiriblər ki, o, Baş Kəşfiyyat İdarəsinin əməkdaşı vəzifəsini yerinə yetirərkən öldürülüb”, - Podolyak əlavə edib.

Onun sözlərinə görə, Kireyev “danışıqlar qrupunda Rusiyanın casusu olmayıb”. O, Kireyevin Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən öldürülməsi ilə bağlı məlumatları da təkzib edir.

Podolyak vurğulayır ki, kəşfiyyatçının Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələri tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumatları “Rusiya yönümlü” media və Telegram kanalları yayıb.

Kireyevin öldürülməsi ilə bağlı məlumat martın 5-də yayılıb. Onun guya Rusiyanın casusu olduğu üçün öldürüldüyü iddia edilirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5231

Oxşar yazılar