Rusiya hərbçiləri Ukraynada qəsəbə rəhbərini evində  GÜLLƏLƏDİ
03 mart 2022 18:05 (UTC +04:00)

Rusiya hərbçiləri Ukraynada qəsəbə rəhbərini evində GÜLLƏLƏDİ

1

Rusiya hərbçiləri şəhər tipli qəsəbə Qostomelin rəhbəri Yuri Prilişkonu güllələyib. 

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə politoloq Yuri Romanenko şahidlərə istinadla özünün “Facebook” səhifəsində məlumat yayıb. 

Onun sözlərinə görə, Yuri Prilişko evində güllələnib.

Zaporojye vilayətinin Berdyansk rayonunda isə Rusiya hərbçiləri nəzarət-buraxılış məntəqəsində iki mülki avtomobili atəşə tutub, iki kişi həlak olub. Bu barədə Berdyansk vilayəti administrasiyası “Facebook”da məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2736

Oxşar yazılar