General-leytenenat Rövşən Əkbərov
16 mart 2021 10:52 (UTC +04:00)

General-leytenenat Rövşən Əkbərov

Rövşən Əkbərovun bütün fəxri adları əlindən alınır? - AÇIQLAMA

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu sabiq korpus komandiri, Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Rövşən Əkbərovun həbsi ilə əlaqədardır.

Mediada yayılan məlumatlara əsasən, R.Əkbərov, 19 il əvvəl Ukraynada törətdiyi qətl hadisəsinə görə, təqsirli bilinərək saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Bəs görək, o, həyata keçirdiyi cinayət əməlinə görə Milli Qəhrəman adından məhrum edilə bilərmi?

Rubrikamızın sualına hüquqşünas Əsabəli Mustafayev aydınlıq gətirib. O bildirib ki, bu barədə ölkə qanunvericiliyi ilə tənzimlənir:

“Generalın cinayət əməli sübuta yetirilərsə və o, məhkum olunsa məhkəmə onun fəxri adlardan məhrum etmək üçün qərar verə bilər. Bununla bağlı Azərbaycanda qanun nəzərdə tutulub. Qanuna əsasən, R.Əkbərovun nəinki Milli Qəhrəman adı, həmçinin general-leytenant rütbəsi də əlindən alına bilər. Bunun üçün Müdafiə Nazirliyi təqdimat verməlidir. Ancaq məhkəmənin də hüququ çatır ki, generalın təqsiri sübuta yetirildiyi təqdirdə onu bütün adlardan məhrum etsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11931
avatar

Mehman Nəbiyev

Oxşar yazılar